📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata “YOX” dedi

2023-03-21 11:56:00

Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata “YOX” dedi

Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib. 

Hurriyyet.az xəbər verir ki, nəticədə Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib. 

Qeyd edək ki, Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu. 

yenisabah.az