📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın partiyası: Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir

2024-09-16 12:11:14

Paşinyanın partiyası: Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir

Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq hələ tezdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Sazişi Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan parlamentdə ənənəvi brifinq zamanı deyib.

“Hazırda bu suala cavabım yoxdur. Əgər bir qərar veriləcəksə bundan xəbəriniz olacaq. Hazırda hesab edirəm ki, bu barədə hələ danışmağın vaxtı deyil”, - deyə erməni deputat bildirib.