📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın partiyası rus ordusunu ölkədən qovmağa çalışır

2024-03-01 12:17:19

Paşinyanın partiyası rus ordusunu ölkədən qovmağa çalışır

Hurriyyet.az "Aysor.am" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın hakim "Mülki müqavilə" partiyasından olan deputatlar "Zvartnots" aeroportunda Rusiya sərhədçilərinin yerləşdirilməsindən narahatlıqlarını bildiriblər.
"Mülki müqavilə" fraksiyasının katibi Artur Ohanesyan parlamentdə keçirilən brifinqdəki çıxışında deyib: "Bəli, bu məsələ ictimaiyyətimizin böyük hissəsi kimi, bizi də narahat edir. Bu məsələ bizim siyasi komandamızın gündəliyindədir. Müzakirələr gedir. Qərar qəbul ediləndə hamımız xəbərdar olacağıq". 
Partiyanın iqtidarda olduğu 6 il ərzində bu məsələnin niyə məhz indi aktuallaşması sualının cavabında deputat deyib: "Bəli, son 6 il ərzində bir çox reallıqlar yaranıb. Altı il sonra yox, məhz 6 il ərzində. Buna görə də həmin reallıqlar müəyyən mühakimələr, addımlar və qərarlar doğurur. Təəssüf ki, biz KTMT-nin işləmədiyini çox gec dərk eləmişik. Bu, o deməkdir ki, biz problemi həll eləməliyik".
Hürr Tərcüman