Paşinyanın partiyası: “Türkiyə ilə yaxınlaşma Ermənistanın dövlət maraqları üçündür, müsbət nəticələrini sadalamağa vaxt çatmaz”
“Ankara ilə İrəvan arasında mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur”
“Bunun reallığa çevrilməsi üçün hər şeyi edəcəyik”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin başçısı, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Eduard Ağacanyan Ankara ilə İrəvan arasında mehriban qonşuluq münasibətlərinin alternativinin olmadığını bildirib. O, qeyd edib ki, Türkiyə ilə diplomatik münasibətlərin yaradılması məhz Ermənistanın dövlət maraqları üçündür və hər iki tərəf üçün bütün müsbət nəticələri sadalamağa vaxt çatmaz.
Ağacanyan deyib: “Son 30 ildəki regional prosesləri nəzərə alsaq, bu, ağır prosesdir. Lakin biz bu yolla getməyə hazırıq və Ermənistanın dövlət maraqlarına xidmət edən bütün proseslərin reallığa çevrilməsi üçün hər şeyi edəcəyik”.
Hürr Tərcüman