Paşinyanın partiyası Xaçatryanı prezidentliyə namizəd seçdi
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası Nazirlər Kabinetinin üzvü olan Vaahn Xaçatryanın ölkə prezidenti postuna namizədliyini irəli sürüb.
Ermənistan Prezidenti vəzifəsini müvəqqəti olaraq icra edən Alen Simonyan ötən həftə hökumətə yaxın olan mətbuat orqanlarının yaydığı xəbəri təsdiqləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik elədiyi “Aykakan jamanak” (“Erməni zamanı”) qəzetinin bazar günü verdiyi məlumatda Yüksək Texnologiya Sənayesi naziri V.Xaçatryanın hakim partiya tərəfindən Ermənistan Prezidenti postuna namizəd olacağı bildirilirdi.
Simonyan deyib: “Vaahn Xaçatryanın namizədliyini irəli sürmək qərara alınıb. Hesab edirəm ki, yaxşı namizəd seçmişik və o, öz vəzifəsini lazımi şəkildə həyata keçirəcək”.
Simonyan bu vəzifəyə özünün də namizəd seçildiyini, lakin təklifdən imtina elədiyini əlavə edib.
Bəlli olduğu kimi, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa ərizəsi yazıb. Bu gündən etibarən onun vəzifəsini parlementin spikeri Alen Simonyan müvəqqəti olaraq icra edir.
Xaçatryan 90-cı illərin əvvəllərində İrəvan şəhərinin meri olub, parlamentin deputatı seçilib. 2021-ci ilin avqustunda Yüksək Texnologiya Sənayesi naziri təyin edilib.
Hürr Tərcüman