📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın partiyasının üzvləri İstanbuldadırlar

2022-06-21 12:09:00

Paşinyanın partiyasının üzvləri İstanbuldadırlar

Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş razılaşması” partiyasından olan deputatları Asmik Akopyan ilə Çovinar Vardanyan İstanbula səfər ediblər. Onlar burada Parlamentlərarası ittifaqın miqrasiya məsələləri üzrə forumunda iştirak edirlər. Bu barədə məlumat parlamentin saytında yerləşdirilib.

Deputatlar Türkiyəyə 19 iyun tarixində yola düşüblər. Onlar İrəvana sabah qayıdacaqlar.

Ermənistan Parlamentinin Xarici Əlaqələr İdarəsinin Beynəlxalq Təşkilatlar şöbəsinin baş mütəxəssisi Zabel Kazaryan da Akopyan və Vardanyanla birlikdə İstanbuldadır.

Hürr TƏRCÜMAN