Paşinyanın prezidentliyə namizədi: “Qonşularla yalnız sülh şəraitində yaşamaq lazımdır”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının prezidentliyə namizədi Vaahn Xaçaturyan Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası ilə bağlı mövqeyini səsləndirib. O, Ermənistanın İctimai televiziyasına müsahibəsində “qonşularla yalnız sülh şəraitində yaşamaq olar və lazımdır” deyib və “sülhə məcbur edilmə” tezisinin köhnəlmiş olduğunu bildirib. Xaçaturyan deyib: “Biz hamımız dərk eləməliyik ki, sülh – yeganə inkişaf və həyat formasıdır. Məcburiyyətlə heç nə əldə eləmək olmaz. Biz çox güclü olacağımız halda belə, fərqi yoxdur, sülhə can atmalıyıq”.
Xaçaturyan Ankara ilə İrəvan arasında dialoqun başlanmasına müsbət yanaşdığını qeyd edib, həmçinin qeyd edib ki, siyasi və iqtisadi münasibətlərin normallaşdırılması ilkin şərtlər qoyulmadan da mümkündür.
Xaçaturyan bildirib ki, prezident postuna namizədliyinin irəli sürülməsinə razılığının səbəbi də hazırki şəraitdə bu institutu təmsil edən və problemli situasiyalarda tarazlı qərarlar qəbul eləməyi bacaran şəxsə ehtiyacın olmasıdır.
Hürr Tərcüman