📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın Putinə qarşı növbəti DEMARŞI...

2023-11-07 11:47:46

Paşinyanın Putinə qarşı növbəti DEMARŞI...

Elxan Şahinoğlu: "Ermənistan Azərbaycandan nümunə götürərək ordunu NATO strandartları əsasında formalaşdırmaq istəyindədir, lakin bu, mürəkkəb prosesdir, kifayət qədər böyük maliyyə tələb edir"

"Ermənistanın müdafiə nazirinin birinci müavini Edvard Asryanın ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahını ziyarət etməsi İrəvanın Kremlə qarşı növbəti demarşıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Asryan ziyarət zamanı ABŞ-ın Avropa komandanının müavini general-leytenant Stiven Başamdan xahiş edib ki, Ermənistan ordusunun islah edilməsində Pentaqon İrəvana dəstək versin: "Belə qərarlar Vaşinqtonda verilsə də, amerikalı general erməni həmkarına vəd verib ki, Ermənistan hərbçilərinin peşəkar səviyyədə hazırlanmasında, idarəetmə sisteminin modernləşməsində, hərbi təhsil və təlimlər məsələsində İrəvana dəstək verəcəklər. Amerikal general onu da deyib ki, bununla bağlı yeni proqramlar hazırlanacaq".

Ermənistanın Azərbaycandan nümunə götürərək ordunu NATO strandartları əsasında formalaşdırmaq istəyində olduğunu vurğulayan Elxan Şahinoğlu qeyd edib ki, bu, mürəkkəb prosesdir, kifayət qədər böyük maliyyə tələb edir: "Digər tərəfdən orduda islahatlar aparmaq üçün keçmiş sovet və hazırki Rusiyaya bağlı zabit heyətini dəyişmək lazımdır. Ermənistan hökuməti bu zaman ordu generalları arasında ciddi müqavimətlə üzləşəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az