📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın Qarabağ iddialarından əl çəkməsi ilə bağlı Moskvadan açıqlama

2023-05-24 15:54:00

Paşinyanın Qarabağ iddialarından əl çəkməsi ilə bağlı Moskvadan açıqlama

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova mayın 24-də keçirdiyi birifinq zamanı Ermənistan Prezidenti Nikol Paşinyanın simasında Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonuna ərazi iddialarından əl çəkməsi qərarını müsbət qiymətləndirdiyini bildirib. Zaxarova deyib ki, İrəvanın bu məsələdə mövqeyini konkretləşdirməsi Ermənistanla Azərbaycan arasında əvvl qəbul edilmiş razılaşma sənədlərinin icrasına şərait yaradır.

Hürr Tərcüman