Paşinyanın yanıltmacına Moskvadan cavab: “Belə danışmaq təhlükəlidir”
Hurriyyet.az xəbər verir ki, RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-dən çıxış ilə bağlı açıqlamasından danışarkan, İrəvana sözlərlə manipuliyasiya etməyin təhlükəli olduğu ismarıcını göndərib.
Nikol Paşinyan mayın 23-də keçirdiyi mətbuat konfransında demişdi: “Ermənistan KTMT-dən çıxmaq barəsində de-yure qərarı KTMT-nin Ermənistandan çıxdığını qeydə alması nəticəsində verəcək”.
Zaxarova deyib: “Əgər bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması mövqeyinin lobbiçiliyi üçün bir nitq formasıdırsa, mənim fikrimcə, hər halda sözlərlə manipulyasiya etməyin təhlükəsini tam başa düşmək lazımdır. KTMT Ermənistandan necə çıxa bilər? Nədən söhbət getdiyi anlaşılmır. Nikol Paşinyanın bu sözlərlə nə demək istədiri Rusiyada tam başa düşülmür”.
Hürr Tərcüman