📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın yerinə göz dikən Baqratdan gözlənilməz addım

2024-05-14 17:35:01

Paşinyanın yerinə göz dikən Baqratdan gözlənilməz addım

Ermənistana xidmət etmək üçün nə lazımdırsa edəcəyəm. Kanada vətəndaşlığından imtina da buna daxildir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri İrəvanda keçirilən aksiyalara rəhbərlik edən Tavuş yepiskopu Baqrat Qalstanyan deyib.

Yepiskop baş nazir olmaq üçün Kanada vətəndaşlığından imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“Kanada vətəndaşlığı mənim üçün sadəcə sənəd, pasport və həmin ölkədə yaşadığıma dair sübutdur. Buna görə onlara təşəkkür edirəm. O pasport mənə hər hansı xidmət müqabilində deyil, ruhani rəhbər kimi orada qalmağım üçün lazım olan bütün qanuni vasitələrlə verilib. Mənim o ölkədəki dini və siyasi icmalarda çoxlu dostum var. Lakin mən Ermənistana xidmət üçün nə lazımdırsa, etməyə hazıram. Əgər ehtiyac yaranarsa, Kanada vətəndaşlığından da imtina edərəm”.

Qeyd edək ki, Nikol Paşinyan hökumətinə bağlı olan “Haykakan Jamanak” qəzeti B.Qalstanyanın ikili vətəndaşlığı olduğu üçün ölkənin baş naziri postuna namizəd göstərilməsinin mümkün olmadığını yazmışdı.

globalinfo.az