📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanla Koçaryan arasında dava düşdü

2024-01-17 20:57:23

Paşinyanla Koçaryan arasında dava düşdü

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

Hurriyyet.Az report-a istinadən xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu N.Paşinyana "sən" deyərək müraciət edib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.