Paşinyanla Overçuk Azərbaycana aparan yolların açılmasını müzakirə ediblər
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının hökumətinin sədr müavini Aleksey Overçuku qəbul edib.
Paşinyan deyib: “Sizə bəlli oduğu kimi, biz tərəflərin suverenliyi və yurisdiksiyası prinsipi əsasında regiondakı bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında və blokdan çıxarılmasında maraqlıyıq. Əminəm ki, bu gün biz bəzi aspektləri müzakirə edəcəyik və mən bu məsələ ilə bağlı Sizinlə görüşməyə şadam”.
Aleksey Overçuk bu günlərdə Soçidə Rusiya ilə Ermənistanın baş nazirlərinin məzmunlu görüşünün keçirildiyini və ikitərəfli əməkdaşlığın uğurla inkiaf etdiyini qeyd edib.
Ardından onlar Cənubi Qafqazda nəqliyyat və istisadi kommunikasiyalarının açıqlması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin birgə həmsədr olduqları İşçi Qrupu çərçivəsində danışıqların nəticələrindən bəhs ediblər.
Nikol Paşinyanla Aleksey Overçuk dəmiryolu nəqliyyatının bərpa edilməsi, tərəflərin suverenliyi və yurisdiksiyası əsasında sərhəd və gömrük nəzarətinin həyata keçirilməsinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.
Hürr Tərcüman