Pasiyent ölümünə görə bağlanan klinika fəaliyyətini bərpa etdi - Baş həkim "xəbərim yoxdur" deyir
2024-01-24 11:39:35
Bir müddət əvvəl Sabunçu rayonunda yerləşən "Medicare" klinikasında ölüm baş vermiş, hadisədən sonra adıçəkilən klinikanın fəaliyyəti dayandırılmışdı.
Hurriyyet.az Unikal-a istinadən xəbər verir ki, artıq klinika fəaliyyətini bərpa edib.
Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova "Medicare" klinikasında əməliyyat zamanı ölüb.
Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb.