📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pasiyenti döyən xəstəxana direktoruna cinayət işi açıldı - Həbs olunur - VİDEO

2024-10-03 12:49:58

Pasiyenti döyən xəstəxana direktoruna cinayət işi açıldı - Həbs olunur - VİDEO

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev barəsində cinayət işi açılıb.

Hurriyyet.az xəbər verir ki, Bakupost.az -ın məlumatına görə, rayon prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin 313-cü, vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürüb və təqsirləndirililən şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, 57 yaşlı Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Bir müddət əvvəl onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.

Bu yaxınlarda isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılmışdı