📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Payetin Messinin "başına açdığı oyun" gündəm oldu - VİDEO

2021-10-26 20:24:00

Payetin Messinin

Fransa Liqa 1-də son turun mərkəzi matçı olan "Olimpik"(Marsel) - PSJ matçındakı (0:0) epizod hələ də sosial şəbəkələri dolaşır, haqqında danışılır.

Görüşün sonlarında Messiylə hücum qurmağa hazırlaşan PSJ-nin bu cəhdi uğursuz alınır. Belə ki, meydan sahiblərinin ulduz futbolçusu Dmitri Payet ildırım sürətiylə şığıyaraq 34 yaşlı hücumçudan topu alır və fəndlərlə Messini aldadır.

Bu gün də bir çox futbol səhifələrində paylaşılan bu görüntülər izləyicilərin böyük marağına səbəb olub. Futbolsevərlər "Payet Messini qovurdu", "Payet Messiyə futbol dərsi keçdi" kimi ifadələrlə argentinalıya söz atıblar. \\Offsideplus