📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

2023-06-05 12:36:00

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, seçkilərlə bağlı xərclər isə 50%-ə yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Ekspertlər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyindən xəbər verir.

Hurriyyet.az  xəbər verir ki, Milli Məclisin üzvü Nəsib Məhəməliyev referendum keçirilməsini mümkün sayır.

“Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı hər hansı məsələlər ola bilər. Konstitusion normalara hansısa dəyişikliklər edilməsi mümkündür. Bunlar, sadəcə, ehtimallardır, məlumatım yoxdur. Bu, daha çox ali icra orqanı Prezident Administrasiyasının səlahiyyətində olan məsələdir. Azərbaycan prezidentli respublikadır. Bu baxımdan, Administrasiya tərəfindən hər hansı qanunvericilik təşəbbüsləri irəli sürülərsə, Konstitusiyaya dəyişikliklər nəzərdə tutularsa, referendum keçirilə bilər. Burada qeyri-adi bir şey yoxdur”, - deyə deputat vurğulayıb.

Pravda.az