Payızda koronavirusun yeni dalğası gözlənilir – Qonşu ölkədən açıqlama
"Xaricə səfər edənlər arasında yoluxma halları daha çoxdur"
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Tbilisi şəhərinin Yoluxucu Xəstəliklər klinikasının başçısı Tengiz Çerçvadze üzümüzə gələn payızda Gürcüstanda Kovid-19-a yoluxma hallarının artacağını bildirib.
Tengiz Çerçvadze deyib: “Əgər gün ərzində orta hesabla 100-ə qədər yoluxma halı qeydə alınırdısa, indi onların sayı 600-500-ə çatıb. Xaricə səfər edənlər arasında yoluxma halları daha çoxdur”.
İnfeksionist Birinci kanala müsahibəsində deyib: “Koronovirusa yoluxma hallarının artımının zirvəsinin payızda olacağını gözləyirik”.
Həkim vətəndaşları peyvənd olunmağa, həmçinin, ictimai sıxlıq yerlərində maskadan istifadə eləməyə çağırıb.
Gürcüstan əhalisinin 48,5%-i iki doza peyvənd olunub.
Pandemiya başlanandan bəri ölkədə 1 662 299 yoluxma halı qeyd olunub, son həftə ərzində 2 750 nəfər xəstələnib. Gürcüstanın 16 844 nəfər sakini pandemiyanın qurbanı olub.
Hürr Tərcüman