📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Payızda Paşinyan siyasi yönünü dəyişdirəcək"

2024-07-16 13:30:08

Hurriyyet.az xəbər verir ki, Ermənistanın "Hraparak" nəşri ölkənin Baş naziri Nikol Paşinyanın bu ilin payızından etibarən Rusiya ilə yaxınlaşmağa hazırlaşdığını yazıb.
Qəzet yazır: "Ermənistanın Baş naziri Paşinyan bu yaxınlarda məhdud əhatəsinə bildirib ki, payızda ölkənin xarici siyasətində "gözlənilməz proseslərin" başlanacağı gözlənilir".
Qeyd edilir ki, Paşinyan "peşman olmuş sərsəri oğul kimi ana Rusiyaya" sarı qayıtmaq və onunla yaxınlaşmaq niyyətindədir".  
Mənbənin qəzetə verdiyi məlumata görə, Paşinyan Aİ-nin Ermənistanı "qəbul eləmədiyini", lazımi qədər maliyyələşdirmədiyini, bu istiqamətdə addımlar atmadığını və təhlükəsizliyinə yetərincə təminat vermədiyini bildirib.
Hürr Tərcüman