📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paytaxt məktəbində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

2026-04-22 11:06:11

Paytaxt məktəbində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bakı Şəhər Təhsil İdarəsindən Musavat.com-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.