📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

2026-03-24 15:34:14

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.

Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub. Araşdırmalar davam etdirilir.