📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paytaxtda yaşayış binası YANIR - VİDEO

2022-10-01 17:18:00

Paytaxtda yaşayış binası YANIR - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.