📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paytaxtın bu ərazilərində qaz olmayacaq

2026-04-09 21:12:13

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.