📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paytaxtın bu rayonlarında qaz kəsiləcək

2024-03-12 21:56:25

Paytaxtın bu rayonlarında qaz kəsiləcək

Paytaxtın Yasamal və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Hurriyyet.Az xəbər verir ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi 94A ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 13.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz  təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.