Pedri: “Barselona” vədinə hörmət edəcək”
2024-04-15 21:06:59
“Barselona”nın gənc ulduzu Pedri yeni müqavilə ilə bağlı suala cavab verib.
21 yaşlı futbolçu bu məsələ ilə bağlı narahat olmadığını deyib.
Pedri “Barselona”nın sözünü tutacağına ümid etdiyini bildirib: “Bu məsələ ilə bağlı sakitəm. Bilirəm ki, “Barselona” müqavilə ilə bağlı verdiyi vədə hörmət edəcək. “Barsa” həmmişə arzularımızın klubu olub”.
Qeyd edək ki, gənc yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayında bitəcək. Pedri 2023/2024 mövsümündə 26 oyunda 2 qol və 5 ötürmə ilə yadda qalıb.
@ İdman.biz