Pekin ABŞ mətbuatının iddiasını təkzib elədi
2021-10-22 17:26:00
Hurriyyet.az xəbər verir ki, “Finanşl Tayms” qəzeti bu ilin yayında – 27 iyul və 13 avqust tarixlərində Çinin nüvə başlığı daşımaq imkanına malik iki hipersonik raketi sınaqdan keçirdiyini yazıb. Pekin isə bu iddianı təkzib edib. Qəzet səsdən güclü raketlərin hədəflərinə yönəlməzdən əvvəl dünyanın orbitini dolaşdığını, “süzülmə qabiliyyətinə” malik bu raketlərin fizika qanunlarını “heç hesab eləmək” xüsusiyyəti ilə Amerika kəşfiyyatını da mat qoyduğunu vurğulayıb.
ABŞ Müdafiə naziri Lloyd Ostin iddianı təsdiqləməsə də, Vaşinqtonun Çinin silah sistemlərini inkişaf etdirmək səylərini yaxından izlədiyini bildirib.
Çinin Xarici İşlər Nazirliyi isə xəbəri təkzib edib. Raketin yox, kosmik peykin sınaqdan keçirildiyini bildirib.
Hürr Tərcüman