📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pekin: “ABŞ Tayvanı “barıt çəlləyi”nə döndərib, uçuruma itələyir”

2023-07-05 10:47:00

Pekin: “ABŞ Tayvanı “barıt çəlləyi”nə döndərib, uçuruma itələyir”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çinin Müdafiə Nazirliyi Amerikanın Tayvana yeni silah tədarük eləməklə adanı “barıt çəlləyinə” döndərdiyini və dibsiz uçuruma itələdiyini bəyan edib.

Çin MN açıqlamasında Pekin ABŞ tərəfini “vahid Çin” prinsipinə riayət eləməyə çağırıb, Tayvanla bütün hərbi əlaqələri kəsməsini tələb edib.

Nazirlik milli suverenliyin və ərazi bütövlüyünün qorunması üçün Çin ordusunun həmişə yüksək döyüş hazırlığı səviyyəsində olduğunu bildirib.

Hürr Tərcüman