Pele xəstəxanaya yerləşdirilib
2022-04-19 21:50:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, futbol üzrə üçqat dünya çempionu Pele xəstəxanaya aparılıb.
ESPN telekanalının məlumatına görə, 81 yaşlı braziliyalı San-Paulu şəhərindəki əvvəllər kimyəvi müalicə aldığı “Albert Eynşteyn” klinikasındadır.
Pele həkimlərin nəzarətindədir və həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur. O,karyerası ərzində 1279 qol vurmuş futbolçu kimi Ginnesin rekordlar kitabına düşüb.
Hürr Tərcüman