📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pelosi ilə ailəsinə qarşı sanksiyalar qoyuldu

2022-08-05 15:36:00

Pelosi ilə ailəsinə qarşı sanksiyalar qoyuldu

Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi  ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini öz ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Çin XİN-in bu gün verdiyi açıqlamada Nensi Pelosi ilə ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edildiyi bəyan edilib. Sanksiyaların konkret mahiyyəti barəsində açıqlama verilməyib.

Çin ordusunun Tayvan boğazındakı hərbi manevrləri fonunda Ağ Ev Çin səfrini görüşə çağıraraq, ABŞ-ın bu regionda böhran yaranmasını istəmədiyini bildirib.

Hürr Tərcüman