Pelosi Netanyahunun Konqresdəki çıxışını kəskin tənqid edib
Hurriyyet.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi (Kalifornaiyadan Demokratlar partiyasının təmsilçisi) İsrailin Baş naziri Binyamin Netanyahunun Konqresdəki çıxışını kəskin tənqid edib. Pelosi HƏMAS təşkilatının girov saxladığı şəxslərin azad edilməsi məsələsində irəliləyiş olmamasını qınayıb.
Pelosi X səhifəsində yazıb: "Binyamin Netanyahunun Nümayəndələr Palatasında çıxışı, tarix boyunca ABŞ Konqresinə müracət etmək şərəfinə nail olmuş bütün xarici liderlərin çıxışıları arasında ən pisidir".
Pelosi özü həmin tədbiri boykot edərək, HƏMAS təşkilatının girov götürdüyü şəxslərin ailələri, həmçinin müharibədə həlak olmuş israillilərin ailə üzvləri ilə görüşüb. Siyasətçi yazıb: "Bizlərdən İsraili sevənlərin çoxu günü HƏMAS-ın 7 oktyabr hücumu zamanı ailələri zərər çəkmiş İsrail vətəndaşlarını dinləyərək keçirib. Bu ailələr girovların evlərinə qaytarılması üçün atəşkəs razılaşması tələb edirlər. Ümid edirik ki, Baş nazir vaxtını bu hədəfə nail olmağa sərf edəcək".
Hürr Tərcüman