Pəncşir qüvvələri ilə “Taliban” razılaşdı
2021-08-26 16:23:00
Hurriyyet.az xəbər verir ki, Əfqanıstanda “Taliban” ilə ona müqavimət göstərən Pəncşir qüvvələri arasında ikinci görüş keçirilənə qədər atəşkəs razılaşması əldə edilib. Bu barədə açıqlamanı Əfqanıstan Parlamentinin keçmiş sədr müavini Məhəmməd Aləm Yezidyar verib. O, iki tərəf arasındakı danışıqların 3 saata qədər davam elədiyini, növbəti görüşün tarixinin hələ müəyyənləşmədiyini söyləyib.