Pensiya alanlara ŞAD XƏBƏR
2021-11-16 12:06:00
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün ölkə üzrə noyabr ayının pensiyaları ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Hurriyyet.az-a verilən məlumata görə, pensiyaların ödənilməsi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilib.
Vətəndaşlar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.