📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

2026-10-16 13:22:23

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək.

Hurriyyet.net   xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə” , “Əmək pensiyaları haqqında” , “Hərbi qulluqçuların statusu haqqında” , “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə müəyyən ediləcək. Bu şəxslərlə bağlı pensiya təyinatı sistemi əhəmiyyətli dərəcədə sadələşir, onların pensiyalarının elektron qaydada, hər hansı ünvana getmədən, qısa vaxtda təyin olunmasına imkan yaranır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.