Pensiyalar bu ay tez ödəniləcək - RƏSMİ
2024-03-05 23:04:49
Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondundan Hurriyyet.az-a verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.