Pensiyalar bu tarixdə ödəniləcək
2026-10-07 14:42:05
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Hurriyyet.net xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.