📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA - Bu gün...

2024-07-26 11:14:27

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA - Bu gün...

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Musavat.com-a Fonddan məlumat verilib.

Bundan əvvəl - iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.