Pensiyasını almaq üçün ÖLÜNÜ SÜRÜYÜB POÇTA APARDILAR
İrlandiyada polis meyitin pensiyasını almaq üçün poçt şöbəsinə aparıldığı barədə xəbərləri araşdırır.
“The Irish Times” qəzetinin yazdığına görə, təxminən 60 yaşlı bir kişinin cəsədi iki gənc tərəfindən Karlouda poçt şöbəsinə sürüyüblər. Zabitlər onları dindirmək istəyəndə yaşlı kişinin meyitini qoyub qaçıblar.
İrlandiyanın Qarda Siochana Milli Polisi işin təfərrüatlarını açıqlamayıb, lakin bildirib ki, məmurlar Karlou bölgəsində “yaşlı kişinin izah olunmayan ölümünü” araşdırır. Kişinin ölüm səbəbini müəyyən etmək üçün yarılma aparılacaq.
“Irish Times” qəzetinin yazdığına görə, gənclərdən biri kiminsə təqaüdünün alınması barədə soruşub və ona təqaüdçünün orada olmasının tələb olunduğu deyilib. Qəzet yazır ki, şərikinin köməyi ilə o, mərhumun cəsədi ilə qayıdıb.