Pentaqon F-16-ların Kiyevə veriləcəyi tarixi açıqladı
Hurriyyet.az xəbər verir ki, ABŞ Müdafiə nazirinin strategiya üzrə müavini Mara Karlin Qərbin F-16 qırıcılarını Ukraynaya yalnız Ukrayna Silahlı Qüvvələrinin onlardan istifadəyə hazır olmasından sonra, təqribən bir neçə ay sonra veriləcəyini bildirib.
Karlin söyləyib: “Mən deyərdim ki, qarşıdakı bir neçə ay ərzində biz gərgin şəkildə işləyəcəyik. Xüsusilə də bəzi əsas avropalı müttəfiqlərimizlə. Hədəfimiz ukraynalıların onlara lazım olan platformaları almasını təmin eləmək və əlbəttə ki, onları hazırlaşdırmaqdır. Söhbət yetərincə mürəkkəb platformadan gedir”.
Pentaqonun başçısının köməkçisi ABŞ-ın bu məsələni Danimarka və Niderlandla birlikdə fəal müzakirə elədiyini əlavə edib. Bu ölkələr Ukraya ordusuna qırıcıların verilməsi səylərini koordinasiya etməyi öz üzərlərinə götürüblər. Karlin izah edib ki, təlim keçməmiş ukraynalılara mürəkkəb texnikanın verilməsi cəbhədə nəticə verməyəcək.
Hürr Tərcüman