Pentaqon iddia edir: “İran bu müddət ərzində nüvə silahı hazırlaya bilər”
2023-10-02 14:50:23
Hurriyyet.az xəbər verir ki, Pentaqon İranın iki həftədən də az müddət ərzində nüvə silahı yarada bilmək üçün kifayət qədər resursa malik olduğunu bəyan edib. Bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin illik hesabatında verilib.
Amerika hərbçilərinin məlumatına görə, rəsmi Tehran nüvə silahını hazırlamağı qərara alsa, bu qərarın reallaşdırılması üçün ona ən çoxu iki həftə vaxt gərək olacaq.
Hürr Tərcüman