📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqon: “Kiyev əvvəlki kimi təhlükə altındadır”

2022-04-01 12:30:00

Pentaqon: “Kiyev əvvəlki kimi təhlükə altındadır”

Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Pentaqonun yüksək vəzifəli təmsilçisi Rusiya hərbçilərinin Ukraynanın paytaxtından şimaldakı və şərqdəki mövqelərə çəkilməsini şərh edərkən Kiyevin əvvəlki kimi təhlükədə olduğunu və aviazərbələrin davam elədiyini bildirib. Bu barədə məlumatı “Amerikanın səsi” kanalı yayıb. Məmur deyib: “Son 24 saat ərzində biz böyük fərq müşahidə eləməmişik. Hər halda, indiyə qədər kütləvi hərəkətlənmə görünməyib”.

Hürr Tərcüman