📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqon Kiyevə yeni yardım paketi hazırlayıb

2022-09-08 11:53:00

Pentaqon Kiyevə yeni yardım paketi hazırlayıb

Hurriyyet.az xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin bu gün Almaniyada Qərb ölkələrinin Kiyevə hərbi yardımı əlaqələndirmək üçün yaratdığı qrupun iclasında Ukraynaya növbəti hərbi yardım paketi barəsində açıqlama verəcək.

Söhbət, həm də HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatdan gedir. TASS informasiya agentliyinin verdiyi xəbərə görə, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib ki, Vaşinqtonun fikrincə, HIMARS sistemlərinə “ukraynalıların həqiqətən ehtiyacı var”.

Hürr Tərcüman