📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqon: NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq

2022-11-19 23:06:00

Pentaqon: NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq

"NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq".

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Halifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

"NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün təhlükə deyil”, - Pentaqon rəhbəri qeyd edib.

Ostin, həmçinin vurğulayıb ki, NATO hərbi əməliyyatlara cəlb edilməsə də, Ukraynanın müdafiəsinə dəstək olacaq:

“Biz NATO ərazisinin hər qarışının müdafiəsini gücləndirməyə davam edəcəyik”, - Nazir deyib.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynadakı vəziyyət "soyuq müharibə"nin bitməsindən sonra ən böyük təhlükəsizlik böhranıdır:

"Bu müharibənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq". \\Report