📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqon rəhbəri Ukraynada hərbi əməliyyatların həlledici mərhələsini elan etdi

2022-07-20 22:26:00

Pentaqon rəhbəri Ukraynada hərbi əməliyyatların həlledici mərhələsini elan etdi

Pentaqonun rəhbəri Ostin Ukraynada hərbi əməliyyatların həlledici mərhələsini açıqlayıb.

Qərb uzunmüddətli perspektivdə Kiyevə hərbi yardım göstərmək üçün yeni yollar axtarmağa davam edəcək.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, hazırda Ukraynada hərbi əməliyyatlar həlledici mərhələdədir.

"Biz münaqişənin həlledici mərhələsindən danışırıq. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyət kəsb edir, bu təcili olmalıdır", -  Ostin bildirib. 

O, Vaşinqtonun Ukraynaya texnologiya, döyüş sursatı və atəş gücü almasına zəmanət verilməsi üçün “yardımı düzəldəcəyini” qeyd edib.

Pentaqonun rəhbərinin sözlərinə görə, yardım “əsl dəyişikliyə gətirib çıxarır”.

Bundan əvvəl Ostin bəyan etmişdi ki, ABŞ-ın Kiyevə təhvil verəcəyi Ukraynaya yeni hərbi yardım paketinə daha dörd HIMARS reaktiv yaylım atəşi sistemi daxildir. \\Manşet.az