Pentaqon: “Rusiya artıq öz gücünün 95%-ni istifadə edib”
2022-03-07 17:07:00
Rusiya Ukraynaya 600 ədəd raket atıb
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Rusiyanın Ukraynaya artıq 600 ədəd raket atdığını iddia edib. Məlumatı CNN kanalına Pentaqonun yüksək vəzifəli məmuru verib. Rusiyalı hərbçilərin sərhədə toplanmış qüvvələrin 95%-dən artıq istifadə elədikləri bildirilir.
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı hərbi əməliyyatları artıq 12-cü gündür ki, davam edir. Pentaqonun nümayəndəsi Rusiyanın “Ukraynada ciddi müqavimətlə qarşılaşdığını” bildirib. Lakin rusiyalı hərbçilər Kiyev, Xarkov, Çerniqov və Mariupol istiqamətində irəliləmək cəhdlərini dayandırmırlar.
Hürr Tərcüman