📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqon: Ruslara zəng edirik, dəstəyi götürmürlər

2022-03-31 11:15:00

Pentaqon: Ruslara zəng edirik, dəstəyi götürmürlər

ABŞ hərbi komandanlığı rusiyalı həmkarları ilə əlaqələrə hazırdır, lakin əvvəlki kimi onlar dəstəyi götürmür.

Hurriyyet.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Con Kirbi deyib.

“Danışıqlar planı haqqında məlumat üçün heç nə yoxdur. Biz yenə də hazırıq. Amma bu, ikitərəfli yoldur. Ruslar dəstəyi qaldırmağa hazır olmalıdır və hələ ki, hazır olduqlarını bildirməyiblər”, - deyə o bildirib.