📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqona sərt ittiham: Ukraynaya ayrılan hərbi dəstək qəsdən gecikdirilir

2026-04-29 09:59:59

Pentaqona sərt ittiham: Ukraynaya ayrılan hərbi dəstək qəsdən gecikdirilir

ABŞ senatoru Miç Makkonnell (Kenzi ştatından Respublikaçı) ölkənin Müdafiə Nazirliyini Ukraynaya Konqres tərəfindən təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardım paketinin köçürülməsini gecikdirməkdə günahlandırıb.

Musavat.com xəbər verir ki, o, "The Washington Post" qəzetindəki məqaləsində qanunverici orqanın 2026-2027-ci illər üçün Ukraynaya hər biri 400 milyon dollar dəyərində iki dəstək paketini təsdiqləyib: "Buna baxmayaraq, bir neçə ay əvvəl təsdiqlədiyimiz yardım indi Pentaqonda toz yığır".

Makkonnell həmçinin Müdafiə Nazirliyinin Senatın Təxsisatlar Komitəsi və Silahlı Qüvvələr Komitəsinin müvafiq sorğularını qulaqardına vurduğunu bildirib. O, Kiyevə yardımın verilməsindəki gecikmədə Müdafiə Nazirinin Siyasət üzrə müavini Elbric Kolbini ittiham edib.