📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqondan etiraf: Kim Çen Vaşinqtonu raketlə vura bilər

2023-07-19 10:54:00

Pentaqondan etiraf: Kim Çen Vaşinqtonu raketlə vura bilər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Hind və Sakit okenlardakı sulahlı qüvvələrinin komandanı admiral Con Akuilino Şimali Koreyanın sınaqdan çıxardığı ballistik raketlərin Amerika ərazisinə çatmaq gücündə olduğunu bəyan edib.

Akuilino Aspen İnstitutunun təhlükəsizlik üzrə forumunda çıxış edərkən Koreya Xalq Demokratik Respublikasının nüvə başlıqlı raketlərinin ABŞ ərazisinə çata bilmək ehtimalının Pentoqan tərəfindən qiymətləndirilməsinin hələ mümkün olmadığını da qeyd edib.

Onun sözlərinə görə, buna nail olmaq üçün şimali koreyalı mühəndislər nüvə başlıqlarının ölçüsünü kiçiltməlidirlər. Lakin Pxenyandakı mütəxəssislərin bunu etməyi bacarıb-bacarmadıqları hələ bəlli deyil.

Hürr Tərcüman