📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqondan F-16 qırıcıları və Ukrayna pilotları barəsində açıqlama

2023-05-25 17:43:00

Pentaqondan F-16 qırıcıları və Ukrayna pilotları barəsində açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun başçısı Lloyd Ostin ABŞ ilə müttəfiqlərinin yaxın həftələrdə ukraynalı pilotlara Amerika istehsalı olan F-16 qırıcılarının idarəsi ilə bağlı təlimlərə başlayacaqlarını bəyan edib.

Ostin deyib: “Birləşmiş Ştatlar öz müttəfiqləri və tərəfdaşları ilə birlikdə ukraynalı pilotların dördüncü nəsil təyyarələrdən, o cümlədən, F-16 qırıcılarından istifadə eləməyə hazırlanması üçün göstərilən birgə səyləri dəstəkləyəcəkdir”.

Hürr Tərcüman