📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqondan İsrailə dəstək – “general-leytenant gedəcək”

2023-10-25 10:22:26

Pentaqondan İsrailə dəstək – “general-leytenant gedəcək”

Hurriyyet.az xəbər verir ki, AP agentliyinin məlumatına görə, Pentoqan müharibənin planlaşdırılmasına yardım məqsədi ilə İsrailə hərbi müşavirlər göndərib.

Amerika məmurunun sözlərinə görə, İsrailə ezam edilmiş zabitlərdən biri Dəniz Piyadası Korpusunun general-leytenantı Ceyms Qlinndir. O, əvvəllər İŞİD-ə qarşı xüsusi əməliyyatların keçirilməsinə rəhbərlik edilməsinə kömək edib və Fallucadakı şəhər döyüşləri zamanı orada xidmət edib. Məmur Qlinnin şəhər döyüşlərinin keçirilməsi məsələsində məsləhətlər verəcəyini deyib.

Bəlli olduğu kimi, İsrail Qəzzada irimiqyaslı quru əməliyyatını hazırladığını bəyan edib.

Müşavirlərin döyüşlərdə iştirak etməyəcəkləri bildirilir.

Hürr Tərcüman