Pentaqondan şok iddia! "Kim Çen 10 min nəfərlik ordu göndərib"
Hurriyyet.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavilini Sabrina Sinqh Koreya Xalq Demokratik Respublikasının hakimiyyətinin Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10 min nəfərə yaxın əsgər göndərdiyini iddia edib. Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin bir qismi artıq Ukraynaya yaxın ərazilərə yerləşdirilib. Onların tezliklə Kursk vilayətindəki döyüşlərdə iştirak edə biləcəkləri güman edilir.
ABŞ Prezidenti Corc Buş bu məlumatla bağlı narahatlığını bildirib, Şimali Koreya hərbçilərinin regionda varlığını çox təhlükəli addım adlandırıb.
KXDR-in BMT yanındakı missiyasının birinci katibi İl Xa Kim Şimali Koreya əsgərlərinin Rusiyaya göndərildiyi barəsində şayiələri təkzib edib, bu iddiaların yalan olduğunu bildirib.
Hürr Tərcüman